...

İrandan gələn azərbaycanlının bağırsağından heroin çıxdı

Hadisə Materials 4 Fevral 2015 10:20 (UTC +04:00)
Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında 110 qrama yaxın heroin aşkar ediblər.
İrandan gələn azərbaycanlının bağırsağından heroin çıxdı

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında 110 qrama yaxın heroin aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Nurəddin Əsədovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 (iki) ədəd bükümdə, ümumi xalis çəkisi 109,642 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti