...

Keçmiş məhkum yarım kiloqram heroinlə tutuldu

Hadisə Materials 9 Fevral 2015 13:03 (UTC +04:00)
Biləsuvar şəhər sakinindən 510 qr heroin götürülüb.
Keçmiş məhkum yarım kiloqram heroinlə tutuldu

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

Biləsuvar şəhər sakinindən 510 qr heroin götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini Qədir Bəşirovdan 510 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Q. Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti