...

Xocahəsəndə döyülüb boğularaq öldürülmüş gəncin meyiti tapılıb

Hadisə Materials 8 Sentyabr 2015 13:02 (UTC +04:00)
Abşeron rayonunda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.
Xocahəsəndə döyülüb boğularaq öldürülmüş gəncin meyiti tapılıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Abşeron rayonunda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də saat 10 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri (boğma və döyülmə üçün xarakterik) olan 25-30 yaşlı kişi meyiti tapılıb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Faktla əlaqədar Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti