...

Masallıda 7 otaqlı ev yanıb

Hadisə Materials 12 Sentyabr 2016 23:34 (UTC +04:00)

Bakı. Trend:

Masallıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Masallı rayonu, Mahmudovar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan 7 otaqlı evin 2-ci mərtəbəsinin 2 otağında mebel dəsti 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti