...

Qadın küçədə qarət edildi

Hadisə Materials 27 Dekabr 2016 11:51 (UTC +04:00)
Bakıda qadın küçədə qarət edilib.
Qadın küçədə qarət edildi

Bakı. Trend:

Bakıda qadın küçədə qarət edilib.

Trend Daxili İşlər Nazirliyinin sayrına istinadən xəbər verir ki, dekabrın 26-da paytaxtın Nizami rayonu ərazisində naməlum 2 nəfər Bakı şəhər sakini Sima Səmədovaya zor tətbiq edərək içərisində 175 manat pul və sənəd olan çantasını alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Rafiq Şahbazov Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən saxlanılaraq 24-cü PB-yə təhvil verilib. R.Şahbazovun hadisəni həmyerlisi Zahid Əmənovla birgə törətməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti