...

Paytaxtda 3 otaqlı ev yanıb - 1 nəfər xilas edilib

Hadisə Materials 23 Yanvar 2017 19:47 (UTC +04:00)
Nərimanov rayonunda evdə baş verən yanğın zamanı bir nəfər xilas olunub.
Paytaxtda 3 otaqlı ev yanıb - 1 nəfər xilas edilib

Bakı. Trend:

Nərimanov rayonunda evdə baş verən yanğın zamanı bir nəfər xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 47 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti