...

Saatlıda ağır yol qəzası olub - ölən və yaralananlar var

Hadisə Materials 15 İyul 2017 17:51 (UTC +04:00)
Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Saatlıda ağır yol qəzası olub - ölən və yaralananlar var

Bakı. Trend:

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də saat 18 radələrində Saatlı rayonunun Qaranuru kəndi ərazisində rayon sakini Əli Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan sərnişinlərdən azyaşlı qız Fatimə hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti