...

Universitetin liftində 17 nəfər qaldı

Hadisə Materials 25 Oktyabr 2017 16:01 (UTC +04:00)
Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə məlumat daxil olub.
Universitetin liftində 17 nəfər qaldı

Bakı. Trend:

Bakıda universitetin liftində 17 nəfər qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə xəbər daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti