...

Gün ərzində mindən çox fişəng və pirotexniki vasitə aşkarlanıb (FOTO)

Hadisə Materials 16 Dekabr 2017 14:13 (UTC +04:00)
Bir gün ərzində mindən çox fişəng və pirotexniki vasitə aşkar edilib
Gün ərzində mindən çox fişəng və pirotexniki vasitə aşkarlanıb (FOTO)

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin əməkdaşları təkcə bir gün ərzində dörd fakt üzrə 1103 ədəd fişəng və 33 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti