...

Sabirabad rayonunda ağır yol qəzası baş verib: ölən var

Hadisə Materials 30 Dekabr 2017 20:46 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, rayonun Qaragüney kəndində “Mercedes” və “AzSamand” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı avtomobilin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti