...

Avtomobil qaçıran ruhi xəstə qəza törətdi

Hadisə Materials 23 May 2018 13:33 (UTC +04:00)
Quba şəhərinin ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən və həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini K.Müzəffərov saxlanılıb.
Avtomobil qaçıran ruhi xəstə qəza törətdi

Bakı. Trend:

Qubada avtomobil qaçıran şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 22-da saat 15 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus “VAZ-2105” markalı avtomobil qaçırılıb və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub.

Nəticədə xəsarət alan olmayıb, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti