...

Bakıda başqasının hesabından pul çıxaran şəxs tutuldu

Hadisə Materials 7 İyun 2018 12:24 (UTC +04:00)
İyunun 5-də Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Göyçay rayon sakini P.Arazxanova mayın 30-da paytaxt ərazisindəki bankomatların birindən hesabındakı 178 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
Bakıda başqasının hesabından pul çıxaran şəxs tutuldu

Bakı. Trend:

İyunun 5-də Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Göyçay rayon sakini P.Arazxanova mayın 30-da paytaxt ərazisindəki bankomatların birindən hesabındakı 178 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Yevlax rayon sakini Murad Allahverdiyev olduğu, bankomat kartını işlədikləri obyektdə qadınının çantasından gizlicə götürüb həmin məbləği çıxardıqdan sonra şübhə doğurmamaq üçün yenidən yerinə qaytardığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti