...

Gəncə sakininin evində 1 kq-dan artıq marixuana aşkarlanıb

Hadisə Materials 14 Aprel 2019 13:51 (UTC +04:00)
Gəncə sakininin evində 1 kq-dan artıq marixuana aşkarlanıb.
Gəncə sakininin evində 1 kq-dan artıq marixuana aşkarlanıb

Bakı. Trend:

Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı onda narkotik vasitə olan marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılmış 1 kiloqram 350 qrama yaxın marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti