...

Dalğıclar Gəncəçayda batan 2 nəfərin meyitini tapıb (YENİLƏNİB)

Hadisə Materials 7 İyul 2019 17:30 (UTC +04:00)

İlk xəbər saat 14:35-də yayılıb

Bakı. Trend:

Gəncəçay çayının Göygöl şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Səfərov Akif Arzu oğlu və 2007-ci il təvəllüdlü Rzayev Ruzgar Famil oğlunun axtarışları başa çatıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verdiyi məlumata görə, A.Səfərovun və R.Rzayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

14:35

Gəncəçay çayında 2 nəfərin batması faktı qeydə alınıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Göygöl şəhərində 2 nəfərin Gəncəçay çayında batması barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti