...

Sumqayıtda 2 maşın toqquşdu, 2 nəfər öldü

Hadisə Materials 20 Sentyabr 2019 13:30 (UTC +04:00)
Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıtda 2 maşın toqquşdu, 2 nəfər öldü

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti