...

Ağsuda karantin qaydalarını pozan şəxsin xuliqanlıq əməli üzə çıxıb

Hadisə Materials 13 Aprel 2020 17:09 (UTC +04:00)
Ağsuda xüsusi karantin rejiminin qaydalarını pozan şəxs xuliqanlıq edib.
Ağsuda karantin qaydalarını pozan şəxsin xuliqanlıq əməli üzə çıxıb

Bakı. Samir Əli - Trend:

Ağsuda xüsusi karantin rejiminin qaydalarını pozan şəxs xuliqanlıq edib.

Trend-in məlumatına görə, hadisə rayonun Gəgəli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Rza Mirzəyev icazəsiz olaraq kənd ərazisinə çıxaraq xüsusi karantin qaydalarını pozub və xırda xuliqanlıq edib.

Polis əməkdaşları tərəfindən həmin fakt aşkar edilib, kənd sakini rayon polis şöbəsinə gətirilib və barəsində inzibati protokol tərtib edilərək sərbəst buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti