...

Şəmkirçay su anbarında batan şəxs axtarılır

Hadisə Materials 4 İyul 2020 16:36 (UTC +04:00)
Şəmkirçay su anbarında batan şəxs axtarılır

Bakı. Trend:

Şəmkirçay su anbarında batan şəxs axtarılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti