...

Ucarda minik avtomobili traktorla toqquşub, ölən var

Hadisə Materials 20 Noyabr 2020 07:01 (UTC +04:00)
Ucarda minik avtomobili traktorla toqquşub, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunun Qazıqumlaq kəndində ”Belarus” markalı traktor və "Hyundai" markalı minik avtomobili toqquşub.

Nazirlikdən Trned-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Əliyeva İradə Zili qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti