...

Bakıda gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkarlandı, 21 nəfər cərimələndi (FOTO/VİDEO)

Hadisə Materials 11 Yanvar 2021 12:00 (UTC +04:00)
Bakıda gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkarlandı, 21 nəfər cərimələndi (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa - playstation” oyun zalı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Alfa Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti