...

Rusiyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var

Hadisə Materials 18 May 2021 01:25 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Arxangelsk bölgəsində "Robinson" helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, ikisi yaralanıb, biri itkin düşüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə federasiyanın Fövqəladə hallar nazirliyi xəbər yayıb.

Bildirilir ki, helikopter Ağ dənizə düşüb. Qəza barədə qurumun "112" növbətçi xidmətinə hadisəni görən balıqçılar məlumat verib.

FHN-in açıqlamasında deyilir" "Təəssüf ki, bir nəfər ölüb, iki nəfər sağdır, lakin vəziyyətləri ağırdır. Daha bir nəfərin taleyi naməlum olaraq qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti