...

Bakı-Sumqayıt yolunda işıqlar söndü, nəqliyyatın hərəkəti çətinləşdi

Hadisə Materials 10 Noyabr 2021 19:36 (UTC +04:00)

Bakı. Samir Əli-Trend:

Bakı-Sumqayıt yolunun işıqlandırılması dayanıb.

Trend-in məlumatına görə, axşam saatlarında yolun Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki hissəsindən başlayaraq Ceyranbatan qəsəbəsinə qədər yolun işıqlandırma sistemi dayanıb.

Nəticədə qaranlıq yolda avtomobillərin hərəkəti çətinləşib.

Hadisənin küləkli hava şəraiti ilə əlaqədar baş verdiyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti