...

Ucarda anbarda yanğın olub

Hadisə Materials 20 Fevral 2022 10:30 (UTC +04:00)
Ucarda anbarda yanğın olub

Bakı. Trend:

Ucar rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qazyan kəndində ümumi sahəsi 605 m² olan birmərtəbəli tikilinin (anbar kimi istifadə olunub, hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti