...

Prokuror “Royal Bank”ın rəhbərləri olan ata-oğula ağır cəza istədi

Hadisə Materials 25 Fevral 2022 11:08 (UTC +04:00)
Prokuror “Royal Bank”ın rəhbərləri olan ata-oğula ağır cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv olunan “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və bankın direktoru Cam Fuadın işi üzrə məhkəmə prosesi davaçm etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı Əli Camın 9 il, oğlu, bankınm direktoru Fuad Camın isə 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, bir neçə ildir beynəlxalq axtarışda olan “Royal Bank”ın direktoru Cam Fuad Əli oğlu bu ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınıb.

Bankın Müşahidə Şurasının sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə "Royal Bank"a verilən lisenziya ləğv olunub.

Xəbər lenti

Xəbər lenti