...

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub

Hadisə Materials 8 Dekabr 2022 09:22 (UTC +04:00)
Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub

Bakı. Trend:

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub, öldürüb.

Azərbaycan Dəmir Yollarından Trend-ə verilən məlumata görə, 8 dekabr 2022-ci il tarixində saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti