...

Braziliyada güclü leysanlar nəticəsində 36 nəfər ölüb

Hadisə Materials 20 Fevral 2023 07:49 (UTC +04:00)
Braziliyada güclü leysanlar nəticəsində 36 nəfər ölüb

Bakı. Trend:

Braziliyanın San-Paulu ştatında leysan yağışlarına səbəb olan tropik siklon nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "G1" portalı ştatın hökumətinə istinadən bildirib.

Keçən gün ərzində bölgəyə yağışların aylıq norması yağdı, ən çox zərər çəkən San Sebastian və Bertioqada bu rəqəm rekord həddə - 627 və 683 mm-ə çatdı. Təbbi fəlakət çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlarla insan dağıntılar altında qalmaqda davam edir.

Təbii fəlakətdən ən çox zərər dəyən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti