...

Sel Tərtərdə fəsad törədib (FOTO)

Hadisə Materials 30 Aprel 2023 23:55 (UTC +04:00)
Sel Tərtərdə fəsad törədib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Sel sularının qarşısını kəsməklə əhaliyə dəyən ziyanın faizini aşağı salmağa çalışırıq.

Bunu Trend-ə açıqlamasında Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözcüsü Dilqəm Şərifov deyib.

Bildirib ki, respublikanın bir çox rayonlarına dolu və leysan yağsa da ən ciddi fəsad Tərtərdə qeydə alınıb: "Qeyri- sabit hava şəraiti ölənin bir çox rayonunda hökm sürür. Leysan yağışın yağması, dolunun düşməsi nəticəsində əhaliyə ciddi ziyan dəyib. Şəki rayonuna dolu yağsa da, təsərrüfata ziyan dəyməyib. Goranboy və Tərtər rayonlarına isə sel gəlib. Goranboy rayonunda sel sularının gəlməsi yollara və avtomobillərə ziyan vurub. Tərtərdə isə daha böyük fəsadlar törədib. Rayonun dəmirçilər kəndində fərdi evlərə və təssərrüfat sahələri su altında qalıb. Hazırda Su Melorasiya nazirliyinin texnikaları kəndin sel sularından azad olması üçün ciddi iş rejimində çalışır. Hazırda əhaliyə dəyən ziyanın miqdarı bərədə heçnə deyə bilmərəm. Çünki hazır ki, vəziyyətdə sel sularının qarşısını almaq istiqamətində işlər görülür. Daha böyük sel sularının gəlmə ehtimalını düşünərək, işçi qrupu bəndlər qurur."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti