...

Ucarda eyni ərazidə əvvəl yük avtomobilləri, sonra da avtobuslar toqquşdu

Hadisə Materials 1 Noyabr 2023 01:16 (UTC +04:00)
Ucarda eyni ərazidə əvvəl yük avtomobilləri, sonra da avtobuslar toqquşdu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən ərazisində yol qəzası baş verib.

Trend-in məlumatına görə, əvvəlcə iki ağırtonajı yük avtomobilinin toqquşduğu ərazidə bir neçə saat sonra yenidən digər iki avtobus qəzaya uğrayıb.

İlkin məlumata görə, Bakıdan Gəncə istiqamətində hərəkətdə olan mikroavtobusun sürücüsü qəza törədən yük avtomobillərini yol kənarında görüb və sürəti azaldıb. Bu zaman arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, hər iki qəza nəticəsində, ümumilikdə, 15 nəfər xəsarət alıb.

Yol qəzası zamanı xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti