...

Ucarda qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 28 İyul 2024 17:19 (UTC +04:00)

Bakı. Trend:

Ucarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Ucar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti