...

Zəlzələyə görə qatarların sürəti aşağı salındı

Hadisə Materials 5 Sentyabr 2024 12:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir.

Trend bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, 5 sentyabr tarixində səhər saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti