...

NATO-nun Baş Katibi Qafqazda münaqişələrin həll olunmasını "həyati əhəmiyyətli" adlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2007 18:03 (UTC +04:00)
NATO-nun Baş Katibi Qafqazda münaqişələrin həll olunmasını "həyati əhəmiyyətli" adlandırıb

NATO-nun Baş Katibi Yap de Xup Sxeffer bu gün Tbilisidə bəyan edib ki, "Gürcüstanda və bütün Qafqaz regionunda mövcud münaqişələrin həlli bütün Avroatlantika məkanının təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir".

"Mediamaks" agentliyinin verdiyi məlumata görə, bu gün Tbilisi Dövlət Universitetində çıxışı zamanı Yap de Xup Sxeffer bildirib ki, "NATO" dəfələrlə Gürcüstanın və Qafqazda mövcud olan digər tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

"Lakin bu regionda münaqiələrin həlli ilə bağlı mandat ATƏT və BMT-yə məxsusdur, NATO-ya yox və alyans bu işə bundan da artıq qatılmağa səy göstərmir" - deyə Baş Katib qeyd edib.

Xəbər lenti

Xəbər lenti