...

Aİ ATƏT-in Minsk Qrupuna kömək etməyə hazırdır - Cənubi Qafqaz üzrə xüsusi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2009 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir Е.Оstapenko /

"Aİ ATƏT-in Minsk Qrupunun Dağlıq-Qarabağ münaqişəsinin həlli yolunda səylərini dəstəkləyir və lazımi köməyi etməyə hazırdır", - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi məlumat verib, ATƏT-in press-relizində deyilir.

"Aİ xüsusilə insanlar arasında inam və əlaqələrin möhkəmləndirilməsi tədbirlərinin genişləndirilməsi məqsədilə səylərimizin fəallaşdırılması yolu ilə dəstək və istənilən köməyi etməyə hazırdır", - Semnebi ATƏT Daimi Şurasında cümə axşamı çıxışı zamanı bildirib.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Son zamanlar danışıq prosesində canlanma yaranıb. Həmsədrlər danışıqlarda nəzərəçarpan irəliləyişi qeyd edir və bildirirlər ki, "binanın təməli qoyulub".

Mayın 7-də Praqada keçirilən görüş Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistan Prezidenti Serj Sarkisyan arasında Qarabağ məsələsi üzrə dördüncü yüksək səviyyəli görüşü olub. Son görüş bu il yanvarın 28-də Sürixdə keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti