...

Müdafiə Nazirliyi: Mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2014 15:26 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Müdafiə Nazirliyi: Mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan və Noyemberyan rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti