Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
ATƏT-in Minsk qrupunun həmsədrləri çərşənbə günü və cümə axşamı Parisdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşəcəklər.
Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter"dəki səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımları müzakirə edəcəklər.