...

Merkel: Almaniya Minsk qrupunu xüsusi formada dəstəkləməyə hazırlaşır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 17:20 (UTC +04:00)

Bakı. Trend:

Almaniya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə məsuliyyət daşıyan Minsk qrupunu xüsusi formada dəstəkləməyə hazırlaşır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel Berlində Ermənistan Prezidenti Serj Sarkisyanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son illər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqi müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti