...

DMİTRİ RUPEL: QARABAĞ MÜNAQİŞƏSİNİN BU İLİN SONUNA KİMİ HƏLLİ YALNIZ MÜNAQİŞƏ TƏRƏFLƏRİNİN ÖZ ARZUSUNUN MÖVCUDLUĞU İLƏ MÜMKÜNDÜR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2005 13:05 (UTC +04:00)

(ARKA) Qarabağ münaqişəsinin 2005-ci ilin sonuna kimi həlli yalnız münaqişə tərəflərinin öz arzusundan asılıdır. Bu barədə ATƏT-in sədri Dmitri Rupel (Dimitrij Rupel) Yerevandakı mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, münaqişənin nizamlanması zamanı 2 prinsipi əldə rəhbər tutmaq lazımdır: əroazi bütövlüyü və millətin öz hüququnu müəyyən etməsi.

D. Rupelin qeyd etdiyinə görə, Qarabağ münaqişəsinin nizamlanmasında bir sıra dəqiq formatlar mövcuddur. Bu ATƏT-in Minsk Qrupu, münaqişə aparan tərəflərin prezidentlərinin və xarici işlər nazirlərinin dialoqu. "Mən şəxsən təkcə münaqişənin həllinə yardım etmək üçün onların hamısı ilə, eyni zamanda DQR-nın rəhbərliyi ilə danışmağa hazıram ", - deyə D. Rupel bildirib.

Onun sözlərinə görə, Azərbaycanda parlament seçkiləri keçirilir, seçkilər isə heç də həmişə münaqişənin nizamlanmasına yardım edən komponent olmur.

Xəbər lenti

Xəbər lenti