...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri Ağdam və Tərtər istiqamətində atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələri avqustun 10-u və 11-də saat 19:55-də bir dəfə, saat 22.10-dan 22.20-dək Ağdam rayonun Cəvahirli və saat 04.30-dan 05.00-dək Şıxlar kəndinin cənub-şərqində yerləşən mövqelərindən üzbəüz mövqelərimizə atəş açıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda qeyd olunur ki, gecə saat 00.10-dən 00.30-a qədər isə Tərtər rayonunun Karmiravan və Yarımça kəndlərinin cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pelemyotlardan atəşə tutulub.

Cavab atəşi ilə qarşı tərəf susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti