...

Şəkidə pərdə və plyonkaya görə 36 sürücü cərimələnib

Siyasət Materials 23 Oktyabr 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Quliyev/ Şəki şəhərində bu gündən başlanan reydlər nəticəsində, 36 avtomobilin sürücüsü cərimələnib, çərşənbə axşamı Trend in bölgə müxbirinə Şəki şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisinin rəisi Məmməd Məmmədov bildirib. Onun sözlərinə görə, reydlər zamanı pərdə və plyonkalardan istifadə edilən avtomobillərin hərəkəti qadağan edilir.

Azərbaycanın "Yol hərəkəti haqqında" Qanununun 1 saylı əlavəsinə əsasən, "Sürücülərin görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarının zədələnməsi təhlükəsini yaradan əlavə əşya və ya şüşələrə hər hansı formada örtüklərin (pərdə, plyonka)" çəkilməsi qadağan edilir. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də 9 aylıq yekunlara dair keçirilən müşavirədə daxili işlər nazirinə avtomobillərdə plyonka və pərdələrin yığışdırılması tapşırığını verib.

Məmmədov bildirib ki, reydlər həftənin sonuna kimi davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti