...

Azərbaycan Prezidenti Estoniyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 29 Oktyabr 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Prezident sarayında Estoniyanın xarici işlər naziri Urmas Paetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Estoniya nümayəndə heyətinin səfərinin, ikitərəfli münasibətlərin inkişafına dair müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını bildirib. O, siyasi və iqtisadi sahələrdə əlaqələrin daha da fəallaşdırılmasının zəruri olduğunu deyib. Prezident Əliyev Estoniya nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələr arasında əlaqələrin gələcək inkişafı istiqamətində mühüm addım olacağına ümidini ifadə edib. Paet Azərbaycana səfərinin səmərəli olacağına əminliyini bildirib. Nazir Estoniya ilə Azərbaycan arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu, bununla yanaşı, bu sahədə əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib. Paet bildirib ki, estoniyalı iş adamlarından ibarət nümayəndə heyətinin səfərdə məqsədi müxtəlif sahələrdə əməkdaşlığın inkişafına töhfə verməkdir.

Xəbər lenti

Xəbər lenti