...

Bayram günləri Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 28 Dekabr 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K.Zərbalıyeva/ "Yeni il" şənliklərinin keçirilməsi ilə əlaqədar paytaxtin mərkəzi küçələrində bayram günləri avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən cümə günü Trend ə verilən məlumata görə, "Azadlıq" meydanında dekabrın 31-də keçiriləcək tədbirlə əlaqədar olaraq həmin gün saat 18.00-dən Neftçilər, Azərbaycan, Azadlıq, Bülbül prospektləri, Üzeyir Hacıbəyov, Yusif Şərifov və Rəsul Rza küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bununla əlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə olunması və qeyd olunan küçə və prospektlərdən mümkün qədər az istifadə etməsi xahiş olunur.

Xəbər lenti

Xəbər lenti