...

Prezident İlham Əliyev Küveyt dövlətinin əmirini Milli gün münasibətilə təbrik etmişdir

Siyasət Materials 23 Fevral 2008 20:45 (UTC +04:00)

Prezident İlham Əliyev Küveyt dövlətinin əmiri şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabahı Milli bayram - Milli gün münasibətilə təbrik etmişdir.

Bu gün Azərbaycan ilə Küveyt arasındakı münasibətlər həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına sülh və rifah diləyirəm.

Xəbər lenti

Xəbər lenti