...

Azərbaycan prezidenti Ukraynanın Baş naziri ilə görüşəcək

Siyasət Materials 22 May 2008 16:57 (UTC +04:00)

Ukrayna, Kiyev, 22 may / " müxbir Z.Novosvitski/ Kiyevdə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın Baş naziri Yuliya Timoşenkonu qəbul edəcək. Bu barədə cümə axaşamı Trend a Ukrayna Nazirlər Kabineti Katibliyinin KİV- ilə əlaqələr üzrə İdarəsindən məlumat verilib.

Ukrayna tərəfi ilə danışıqlarda Baş nazirin avrointeqrasiya məsələləri üzrə müavini Qriqori Nemırya, iqtisadiyyat naziri Boqdan Danilişin, yanacaq və energetika naziri Yuri Prodan və sənaye siyasəti naziri Vladimir Novitski iştirak edəcək. .

Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunacağınəzərdə tutulur.

Görüş KİV-in iştirakı olmadan keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvapnı: trend

Xəbər lenti

Xəbər lenti