Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir S.Ağayeva / Azərbaycan və Polşa mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə aparmaq niyyətindədir. İki ölkənin Daxili İşlər Nazirlikləri Azərbaycanın daxili işlər naziri Ramil Usubovun iyunun 3-5-də Polşaya nəzərdə tutulan səfəri zamanı əməkdaşlığa dair saziş imzalayacaq. Bu barədə bazar ertəsi Trend a Azərbaycanın Varşavadakı səfirliyindən məlumat verilib.
Azərbaycanın DİN rəhbəri səfər zamanı Polşanın daxili işlər və administrasiya naziri, Milli Təhlükəsizlik Bürosunun müdiri və Varşava Baş Polis İdarəsinin rəhbəri ilə görüşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı : trend