...

Rusiya FHN-in rəhbəri Bakıda danışıqlar aparır

Siyasət Materials 9 İyun 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir M.Əliyev/ Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri üzrə naziri (FHN) Sergey Şoyqu Bakıya səfərə gəlib.

O, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Azərbaycan FHN-dən rusiyalı nazirin səfər detalları ilə bağlı şərh verməkdən imtina ediblər.

Bu sahə üzrə iki ölkə arasında əməkdaşlığın hüquqi əsası 2001-ci ildə qoyulub. Həmin ildə tibbi və texnogen qəzaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti