...

Azərbaycan  Prezidenti İstanbulda törədilmiş terror aktları ilə bağlı başsağlığı verib

Siyasət Materials 28 İyul 2008 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend / Prezident İlham Əliyev
İstanbulda törədilmiş terror aktları nəticəsində insan tələfatı ilə bağlı Türkiyəli həmkarı Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Məktubda deyilir: "Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm."Azərbaycan prezidenti insanların həyatı üçün daim təhlükə mənbəyi olan terrorizmin bütün təzahürlərinəqarşı mübarizədə birgə səylər göstərilməsinin zəruri olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti