...

Rusiya bütün regionda demokratiyanı təhlükəyə məruz qoyur – Gürcüstan XİN

Siyasət Materials 28 Avqust 2008 17:28 (UTC +04:00)
Rusiya bütün regionda demokratiyanı təhlükəyə məruz qoyur – Gürcüstan XİN

Avstriya, Vyana, 28 avqust/ Trend , müxbir A.Ələsgərov/ "Rusiya yalnız regionda deyil, əksər postsovet ölkələrində demokratiyanı təhlükəyə məruz qoyur", - Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili cümə axşamı ATƏT-in Daimi Şurasının Gürcüstan-Rusiya münaqişəsi ilə əlaqədar çağırılan xüsusi iclasında bildirib.

"Hazırda, suveren dövlətlərin dinc birgəyaşayışını nəzərdə tutan və bərabərlik, azadlıq, suverenlik, hüquq, demokratiya və insan hüquqları anlayışlarına söykənən beynəlxalq hüququn əsaslarına birtərəfli güc tətbiq etməklə və sərhədləri bağlamaqla etiraz edilir", - Tkeşelaşvili hesab edir. "Etniz təmizləmələrdən xarici siyasət aləti kimi istifadə edilir", - o qeyd edib.

Tkeşelaşvili bildirib ki, qarışıq əhaliyə malik kəndlərin - gürcülər və osetinlərin birgə yaşadıqları - əksəriyyəti tamamilə təmizlənib. Onun sözlərinə görə, Rusiyanın həyata keçirdiyi etnik təmizləmələr, digər dövlətin vətəndaşlarına pasportların verilməsi beynəlxalq hüququn heç bir çərçivəsinə sığmır.

Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri ATƏT-in fəaliyyətinin kifayət qədər səmərəli olmadığını bildirib. "ATƏT belə gərginliyin aradan qaldırılmasında səmərəli işləyə bilməyib. Biz görürük ki, BMT Təhlükəsizlik Şurası, doğrusu bu vəziyyətdə iflic olub", - Tkeşelaşvili bildirib.

"Hazırda ümumi vəzifələr (beynəlxalq ictimaiyyət üçün) Rusiyanın dünya nizamının dəyişdirilməsinə yönələn və çox ehtimal ki, yalnız Gürcüstanda deyil, onun qonşularında da domino effekti yaradacaq səylərinin qarşısını almaqdan ibarətdir", - Gürcüstan XİN rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti