...

Latviya prezidenti Özbəkistana səfər edib

Siyasət Materials 5 Oktyabr 2008 20:51 (UTC +04:00)

Özbəkistan, Daşkənt, 5 oktyabr / Trend müxbir T.Jukov/ Latviya Respublikasının prezidenti Valdis Zatlers Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə bazar günü bu ölkəyə rəsmi səfərə gəlib.

Daşkənt hava limanında qonağı Özbəkistanın baş naziri Şəfqət Mirziyev qarşılayıb. 

Səfər zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi, regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur. Danışıqların nəticəsi olaraq bir sıra ikitərəfli sənəd və sazişlərin imzalanması gözlənilir.

Latviya prezidentini bu ölkənin sahibkarlarından ibarət böyük bir qrup müşayət edir. Səfərin sonunda müxtəlif sahələri təmsil edən sahibkarların iştirakı ilə biznes forum da keçiriləcək.

Səfər oktyabrın 6-da yekunlaşacaq.

Мягаля мцялифи иля ялагя цнваны: [email protected]

Xəbər lenti

Xəbər lenti