...

Əfqanıstan prezidentini seçkiləri ərəfəsində ləkələmək istəyirlər - mətbuat katibi

Siyasət Materials 7 Oktyabr 2008 19:21 (UTC +04:00)

Əfqanıstan, Kabil, 07 oktyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstan prezidentinin mətbuat katibi Humayun Həmidzadə Washington Post-un Həmid Kərzainin qardaşı Əhməd Vəli Kərzainin narkotik trafikində iştirak etməsi barədə məlumatını təkzib edib.

Washington Post-da Vəli Kərzainin Əfqanıstanda narkotiklərin satılmasında iştirak etməsi ilə bağlı məlumat dərc edilib.

Washington Post-un məlumatına görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri heroin daşıyan yük maşınlarını bir neçə dəfə saxlayıblar, lakin Vəli Kərzainin göstərişinə əsasən onları buraxıblar.

Belə bəyanatlar siyasi məqsəd daşıyır, - Həmidzadə hesab edir. 

"Bu məlumatı prezident seçkiləri ərəfəsində bəzi partiaylar yayır", - mətbuat katibi bildirib.

Vəli Kərzai dünən bildirib ki, onun barəsində Washington post-da dərc edilmiş məlumat əsassızdır və qəzetin rəhbərliyini məhkəməyə verəcək

Beynəlxalq təşkilatlar və Əfqanıstanın təhlükəsizlik qüvvələri bu ölkənin rəsmi şəxslərinin narkotika ticarətində iştirakı barədə mütəmadi məlumatlar verirlər. Lakin Əfqanıstan prezidentinin qardaşını bununla bağlı ilk dəfədir ki, ittiham edirlər.  

Xəbər lenti

Xəbər lenti