...

Türkiyənin müxalifətdə olan aparıcı siyasi partiyası ermənilərdən üzr istəmə kampaniyasını qətiyyətlə pisləyir

Siyasət Materials 17 Dekabr 2008 14:12 (UTC +04:00)
Türkiyənin müxalifətdə olan aparıcı siyasi partiyası ermənilərdən üzr istəmə kampaniyasını qətiyyətlə pisləyir

Azərbaycan, Bakı, 17 dekabr, / Trend , müxbir. B. Həsənov/ Türkiyənin müxalifətdə olan aparıcı siyasi partiyası ermənilərdən üzr istəmə kampaniyasını qətiyyətlə pisləyir.

"Türklər yox, məhz ermənilər Türkiyədə və Azərbaycanda törətdikləri vəhşiliklərə görə üzr istəməlidirlər", - deyə Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Mehmet Şandır çərşənbə günü telefonla Ankaradan Trend - a bildirib.

Trend - un arayışı: Bir neçə gün əvvəl Türkiyədə yaradılmış bir internet saytında 1915 - ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı cinayətlər törətdiyi iddia edilərək, ermənilərdən üzr istəmə kompaniyası həyata keçirilir. İndiyə qədər saytda qeydiyyatdan keçərək üzr istəyənlərin sayı 5 min nəfəri keçib. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Ermənistan və dünyadakı erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı dövlətinin 1915 - ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirdiyini iddia edir. İddialarını dünyada da qəbul etdirmək istəyən ermənilər bir sıra dünya ölkələrində qondarma soyqırım təbliğatını gücləndirərək ,bəzi dövlətlərin parlamentlərində "erməni soyqırımı"nın tanınmasına nail olublar.

Şandır türk millətinin üzr istəməsi üçün heç bir səbəb olmadığını bildirib. "Onlar kimin adından və hansı səbəbə görə üzr istəyirlər?" - deyə millət vəkili əlavə edib. O, üzr istəyənlərin bu hərəkətinin xəyanət və psixoloji xəstəlik olduğunu bildirib. "Türklər yox, Osmanlı dövlətinə xəyanət edənlər, hələ qanı qurumayan Xocalı soyqırımını törədənlər və bu vəhşiliklərə göz yumanlar bütün türklərdən üzr istəməlidirlər", - deyə Şandır əlavə edib.

Xəbər lenti

Xəbər lenti