Gürcüstan, Tbilisi, 18 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Gürcüstanın beynəlxalq əlaqələr üzrə parlament komitəsində minaların və bir sıra partlayıcı qurğuların kütləvi tətbiqinə qadağa qoyulmasını nəzərdə tutan 1980-cı il Cenevrə protokolunun düzəliş edilmiş variantına baxılıb.
Protokola əsasən, piyada qoşunlara qarşı minaların və bu kimi partlayıcı qurğuların istifadəsinə qadağa qoyulmuşdu. Cenevrə konvensiyasının düzəliş edilmiş variantına əsasən hərbi əməliyyatlar başa çatdıqdan sonra mübahisəli tərəflər əraziləri minalardan təmizləməlidirlər. Piyada qoşunlarına qarşı distansiyalı minalar kimi qeyri-distansiyalı minaların da istifadəsi qadağan edilib.
Komitə Gürcüstanın düzəliş edilmiş protokola qoşulmasını dəstəkləyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]