...

Türkiyə Ermənistanın atom enerjisi sahəsindəki əməkdaşlıq təklifindən xəbərsizdir

Siyasət Materials 24 Fevral 2009 09:02 (UTC +04:00)
Türkiyə Ermənistanın atom enerjisi sahəsindəki əməkdaşlıq təklifindən xəbərsizdir

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir B.Həsənov/ Ankara Ermənistanın baş naziri Tiqran Sarkisyanın Türkiyə ilə atom enerjisi sahəsində əməkdaşlıq etmək niyyəti haqqında heç bir məlumata sahib deyil.

Ermənistan mətbuatının bildirdiyinə görə, Ermənistanın baş naziri Sarkisyan Ermənistanda tikilməsi nəzərdə tutulan atom elektrik stansiyasının (AES) inşasında Türkiyənin də iştirak etməsini təklif edib. Dəyəri 5-7 milyard dollar civarında olan AES Ermənistanın enerji tələbatını təmin etmək baxımından böyük əhəmiyyət daşıyır.

Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin xarici əlaqələr şöbəsinin müdir muavini Aysun Özkazanç Trend -a bildirib ki, Türkiyə tərəfinə rəsmi olaraq bu barədə heç bir müraciət olunmayıb.

"Biz Sarkisyanın Türkiyə ilə atom enerjisi sahəsində əməkdaşlıq etmək niyyətindən tamamilə xəbərsizik", - deyə Özkazanç bazar ertəsi telefonla Akaradan Trend -a bildirib.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə pozulmuş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "soyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.

Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti